Çin dünyanın ilk metanla işləyən raketi kosmosa göndərdi

İyulun 12-də Çin ABŞ-ın kosmos sahəsində “SpaceX” və “Blue Origin” şirkətlərinin üstünlüyünə meydan oxuyan addım atdı

2010496
Çin dünyanın ilk metanla işləyən raketi kosmosa göndərdi

 

  İyulun 12-də Çin ABŞ-ın kosmos sahəsində “SpaceX” və “Blue Origin” şirkətlərinin üstünlüyünə meydan oxuyan addım atdı. Belə ki, bu ölkənin özəl “LandSpace” müəssisəsi tərəfindən hazırlanmış dünyanın ilk metanla işləyən raketi kosmosa buraxıldı.

  Çin mətbuatı xəbər verir ki, bu ölkənin özəl aerokosmik sektoru 2023-cü ildə “Juque-2” raketinin buraxılması ilə nəzərəçarpacaq bir mərhələyə çatıb və 2023-cü ilin aprel ayında “Space Pioneer” kompaniyasının “Tianlong-2” peyki bu uğurlara əlavə edilib. Pekində yerləşən CGTN telekanalı xəbər verir ki, metanla işləyən raket Çinin şimal-qərbindəki "Jiuquan" peyk buraxılış mərkəzindən kosmosa buraxılıb.

  Bundan əvvəl maye oksigen və metanla işləyən iki raket – “Terran 1” və “SpaceX” kompaniyasının “StarShip” kosmik gəmisinin kosmosa göndərilməsi uğursuz olub. Çinin raketi yanacaq qismində maye metan və oksidləşdirici kimi maye oksigendən istifadə edir. Metan təkrar istifadə oluna bilən, toksik olmayan və əhəmiyyətli güc verən yanacaq növüdür. Metanla işləyən mühərriklər təkrar istifadə oluna bilən raketlər üçün yüksək keyfiyyət və xərc üstünlükləri təklif edir, lakin onların gücündən istifadə etmək mürəkkəb məsələdir.

  “Juque-2” raketi də ötən ilin dekabrındakı uğursuz cəhddən sonra ikinci sınaq uçuşunu həyata keçirib. Mövcud missiya simulyasiyalar, yer sınaqları və mühərrik sınaqları vasitəsilə təsdiqlənmiş yeni texnoloji həllərdən ibarətdir.



Әlaqәli Xәbәrlәr