Su altında qalmış adada 19-cu əsrə aid məzar tapıldı

Dəniz arxeoloqu və tədqiqat qrupunun rəhbəri Coş Marano (Josh Marano) sözügedən mövzu ilə bağlı deyib...

1982614
Su altında qalmış adada 19-cu əsrə aid məzar tapıldı

 

  Arxeoloqlar ABŞ-ın Florida ştatındakı Dray-Tortuqas (Dry Tortugas) milli parkında su altında qalmış adada 19-cu əsrə aid məzar tapdılar.

  Bu tapıntı ABŞ-ın Sualtı Resurslar üzrə Milli Park Xidmət Mərkəzi, Cənub-Şərqi Arxeologiya Mərkəzi və Mayami Universiteti tələbələrinin birgə səyi nəticəsində ortaya çıxdı.

  Məzar Dray-Tortuqas milli parkının su basmış adasında yerləşən Fort Cefferson (Fort Jefferson) qalasında tapılıb və 1861-1865-ci illər arasında Amerika vətəndaş müharibəsi zamanı 1861-ci ildə həlak olmuş işçi Con Qrirə (John Greer) aid olduğunu açıqlanıb.

  Dəniz arxeoloqu və tədqiqat qrupunun rəhbəri Coş Marano (Josh Marano) sözügedən mövzu ilə bağlı deyib: “Bu maraqlı tapıntı Dray-Tortuqas milli parkı haqqında naməlum hadisələrə işarə edir. Batmış adada başqa ABŞ əsgərlərinin də məzarları ola bilər. Sualtı araşdırma işləri davam edir”.

  Qeyd edək ki, Fort Cefferson qalası Amerika Vətəndaş Müharibəsi zamanı hərbi həbsxana kimi istifadə olunub. Ətraf adalar isə dəniz postu, mayak stansiyası, dəniz xəstəxanası, hospital və hərbi təlim poliqonu rolunu oynayırdı.



Әlaqәli Xәbәrlәr