ABŞ “TikTok”u qadağan edir

Ağ Evdən elan edilən qadağa qərarında yazılır...

1952809
ABŞ “TikTok”u qadağan edir

 

  ABŞ hökumət qurumlarına Çinin “TikTok” video paylaşma proqramının rəsmi telefonlarda istifadəsinə qadağa tətbiq etmək üçün 30 gün vaxt verilib.

  Ağ Evdən elan edilən qadağa qərarında yazılır: “TikTok” tətbiqinin sahibi “ByteDance” şirkətinin Çin Kommunist Partiyasının istifadəçi məlumatlarına girişə icazə verə biləcəyinə dair şübhələrdən sonra dekabr ayında qəbul edilən konqres qanunvericiliyinə uyğun olaraq “TikTok”dan federal hökumət telefonları və sistemlərində istifadəsinə qadağa qoyulur”.

  Mövzu ilə bağlı verdiyi açıqlamada OMB Federal İnformasiya Təhlükəsizliyi idarəsinin rəhbəri Kris DeRuşa (Chris DeRusha) 30 gün ərzində həyata keçirilməli olan direktivin rəqəmsal infrastrukturun təhlükəsizliyini təmin etmək və ABŞ xalqının əminliyi və məxfiliyini qorumaq məqsədi daşıdığını bildirib.

  “ByteDance” şirkəti isə iddiaları "yalan məlumat" adlandırır və istifadəçi məlumatlarını Çin Kommunist Partiyası ilə paylaşma fikrini rədd edir.

  ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsi fevralın 28-də ABŞ prezidenti Co Baydenə “TikTok”u bütün ABŞ cihazlarında qadağan etmək səlahiyyətini verən qanun layihəsini səsə qoyacaq.



Әlaqәli Xәbәrlәr