“BioNTech” Almaniyada istehsal müəssisəsini genişləndirir

Alman biotexnologiya şirkəti “BioNTech” Marburqdakı fabrikində mRNA əsaslı vaksinlərin mühüm komponenti olan plazmid DNT-nin istehsal ediləcəyi obyektin tikintisinin tamamlandığını açıqlayıb.

1941578
“BioNTech” Almaniyada istehsal müəssisəsini genişləndirir

TRT-nin xarici mətbuata istinadla verdiyi xəbərə görə tikintisi başa çatan obyekt üçün 40 milyon avro sərmayə qoyulacaq.

Bildirilib ki, xərçəng və yoluxucu xəstəliklər üçün mRNT əsaslı dərmanlar üçün lazım olan plazmid DNT komponentlərinin çoxunun bu müəssisədə istehsal ediləcək.

Şirkəti ziyarət edən Almaniya kansleri Olaf Şolts “BioNTech”in bu qərarını alqışladıyıb.

“Tibbi biotexnologiya 21-ci əsrin əsas texnologiyasıdır. “Covıd-19” pandemiyası Almaniyanın innovasiya və dərman istehsalı məkanı olmaq potensialını sübut etdi. “BioNTech”-in bu investisiya qərarı çox yaxşı xəbərdir. Siz bunun həqiqətən gələcəyi olduğunu görə və hiss edə bilərsiniz”, - deyə Olaf Şolts edib.

Qeyd edək ki, Türkiyeli alim Uğur Şahinin qurucu ortağı olduğu “BioNTech” şirkəti 2020-ci ildə Marburq müəssisəsini mərkəzi ofisi İsveçrədə yerləşən Novartis əczaçılıq şirkətindən alıb.

 



Әlaqәli Xәbәrlәr