NASA-nın radiasiya peyki atmosferə daxil olacaq

ABŞ-ın  Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) tərəfindən 1984-cü ildə kosmosa buraxılan radiasiya peyki ERBS-in bu gün  atmosferə daxil olacağı gözlənilir.

1929720

Atmosferdəki dəyişiklikləri müşahidə edən və ölçən peyk 2005-ci ildə missiyasını başa vuraraq kosmik tullantıya çevrilib.

İllərdir Yer kürəsi ətrafında dövr edən 2500 kiloqramlıq peyk bu gün atmosferə daxil olacaq.

Peykin böyük hissəsinin atmosferə daxil olarkən yanaraq külə dönəcəyi, bəzi hissələrinin Yerə düşə biləcəyi, lakin zərər vermə riskinin çox az olduğu bildirilir.

Peykin dəqiq nə vaxt və hansı bölgəyə düşəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

Әlaqәli Xәbәrlәr