"Bayraktar Akıncı TİHA"-nın atış sınağı uğurlu olub

"Bayraktar Akıncı TİHA" milli və orijinal olaraq hazırlanmış "Gökçe yeni nəsil idarə oluna bilən dəst" ilə həyata keçirdiyi sınaq atəşində hədəfi yüksək dəqiqliklə vurub.

1922764
"Bayraktar Akıncı TİHA"-nın atış sınağı uğurlu olub

"Bayraktar Akıncı TİHA" (Hücum pilotsuz uçuş aparatları) milli və orijinal olaraq hazırlanmış "Gökçe yeni nəsil idarə oluna bilən dəst" ilə həyata keçirdiyi sınaq atəşində hədəfi yüksək dəqiqliklə vurub.

"Baykar" şirkəti tərəfindən milli və orijinal olaraq hazırlanmış "Bayraktar Akıncı TİHA" üçün yerli istehsal olan yeni sursat və sistemlərin inteqrasiyası davam edir.

Yerli sursat "Gökçe yeni nəsil idarə oluna bilən dəst" ilə sınaq atəşi uğurla tamamlanıb.

"Bayraktar Akıncı TİHA" gövdəsinin altında daşıdığı "Gökçe yeni nəsil idarə oluna bilən dəst"ə sahib olan təqribən 455 kiloqramlıq MK-83 ilə atəş açarkən hədəfi yüksək dəqiqliklə vurub.

"Bayraktar Akıncı"nın 20 min fut yüksəklikdən lazerlə işarə qoyduğu hədəfi yüksək dəqiqliklə vuran dəst ilk dəfə pilotsuz uçuş aparatında (PUA) sınaqdan keçirilib.



Әlaqәli Xәbәrlәr