Türkiye Filippinə daha iki ATAK helikopteri təhvil verib

Türk Aviasiya və Kosmik Sənaye Şirkəti sınaq proseslərini tamamladıqdan sonra Filippinə daha iki ədəd "T129" Atak helikopteri göndərib.

1911171
Türkiye Filippinə daha iki ATAK helikopteri təhvil verib

Türk Aviasiya və Kosmik Sənaye Şirkəti sınaq proseslərini tamamladıqdan sonra Filippinə daha iki ədəd "T129" ATAK helikopteri göndərib.

“Faz II” infrasturukturu  ilə istehsal edilən "T129" ATAK helikopterinin Filippin Hava Qüvvələri tərəfindən qəbul sınaqlarına başlanılıb. 

Qəbul sınaqlarının tamamlanmasından sonra təhvil vermə işlərinin 30 dekabr 2022-ci ildə başa çatdırılması planlaşdırılır.

Türk Avsiasiya və Kosmos Sənayesi müqavilə çərçivəsində Filippin Hava Qüvvələrinə üçüncü və dördüncü helikopterləri təhvil verdi. Müqaviləyə əsasən Türkiye bu ölkəyə altı helikopter təhvil verəcək.

Ötən aylarda Filippin Hərbi Hava Qüvvələrinə ilk iki "T129" Atak Helikopterini təhvil verənTürk Aviasiya və Kosmik Sənaye Şirkəti qalan iki helikopteri 2024-cü ildə təhvil verəcək.



Әlaqәli Xәbәrlәr