İsveçrə buzlaqların əriməsi təhlükə siqnalı verir

İsveçrə Elmlər Akademiyasının (SCNAT) apardığı elmi araşdırmada builki hava şəraitinin iqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsinə təsiri araşdırılıb

1885927
İsveçrə buzlaqların əriməsi təhlükə siqnalı verir

 

  İsveçrə Elmlər Akademiyasının (SCNAT) apardığı elmi araşdırmada builki hava şəraitinin iqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsinə təsiri araşdırılıb.

  2022-ci ilin İsveçrə buzlaqları üçün "fəlakətli il” olduğu bildirilən araşdırmaya görə, ilin əvvəlindən buzlaqların 6 faizi əriyib və 2003-cü ildən bəri ən yüksək buzlaq əriməsi qeydə alınıb.

  Buzlaqların 3 kub kilometri əriyib ki, bu miqdar 3 trilyon litr suya bərabərdir.

  Əvvəlki SCNAT buzlaq tədqiqatlarında buzlaqların illik ərimə sürətinin 2 faiz qeyd edilməsi belə "fövqəladə hal" kimi yazılmışdı.  

  Avqustun 22-də Sürix Federal Texnologiya İnstitutunun saytında dərc edilən araşdırmada 1931-ci ildən 2016-cı ilə qədər Alp dağlarında təxminən 1400 buzlaqın ümumi həcmini yarıya qədər itirdiyi bildirilib.

  İqlim dəyişikliyinin buzlaqların əriməsini sürətləndirdiyinə diqqət çəkən araşdırmada buzlaqların təkcə 2010-cu ildən 2016-cı ilə qədər 12 faizinin əridiyi qeyd edilib.  

  İsveçrə hökuməti buzlaqların əriməsinin artmasının qarşısını almaq üçün 3,2 milyard İsveçrə franklıq tədbirlər paketi hazırlayıb. 



Әlaqәli Xәbәrlәr