ABŞ Ayda koloniya qurmaq missiyasına hazırlaşır

“NBC News”un xəbərinə görə...

1872625
ABŞ Ayda koloniya qurmaq missiyasına hazırlaşır

 

  Amerika Birləşmiş Ştatlarının Kosmik və Aviasiya İdarəsi - NASA yeni nəsil meqa raketi ilə keçmişdə Ay uçuşları ilə əldə etdiyi şöhrəti yenidən qazanmağa hazırlaşır.

  “NBC News”un xəbərinə görə, NASA 29 avqustda ABŞ-ın Florida ştatında sınaq uçuşu üçün kosmosa yeni nəsil meqa raket, Kosmos Başlama Sistemi (SLS) və raketi daşımaq üçün nəzərdə tutulan Orion kapsulunu buraxacaq.

  Kapsul və raket kombinasiyası SLS-Orion kosmik gəmisinin Kanaveral (Cape Canaveral) burnunda yerləşən Kennedi Kosmik Mərkəzindən buraxılması və Ay ətrafında 6 həftəlik “Artemis-1” sınaq uçuşundan sonra Yerə qayıtması planlaşdırılır.

  NASA Artemis proqramı ilə 1960-1970-ci illərdə həyata keçirdiyi Apollon (Appolo) layihəsi ilə əldə etdiyi uğuru bir daha əldə etmək istəyir.

  Uçuş dünyanın ən mürəkkəb və güclü raket gəmisi olduğu düşünülən SLS-Orion kosmik gəmisinin astronavtları aparmağa hazır olub-olmadığını yoxlamaq məqsədi daşıyır.

  SLS NASA-nın Apollon layihəsi zamanı uçduğu “Saturn V” raketlərindən sonra düzəltdiyi ən böyük yeni şaquli buraxılış sistemini təmsil edir.

  Bildirilir ki, SLS-Orion kosmik gəmisinin layihələndirilməsi, tikintisi, sınaq və yerüstü qurğuları NASA-ya indiyədək ən azı 37 milyard dollara başa gəlib.

  Qeyd edək ki, adını yunan mifologiyasındakı Apollonun əkiz bacısı Artemidanın adını daşıyan NASA-nın “Artemis” layihəsi astronavtları Aya, insanları Marsa göndərmək məqsədi daşıyan daha iddialı kosmik səyahətlər üçün tramplin rolunu oynayaraq ən tez 2025-ci ilə qədər uzunmüddətli Ayda koloniya qurmaq missiyasına başlayacaq.

 



Әlaqәli Xәbәrlәr