Çində yeni bir virus panikası yaşanır

Heyvanlardan insanlara keçdiyi düşünülən Langya (LayV) henipavirusu indiyədək 35 nəfərdə aşkarlanıb

1866286
Çində yeni bir virus panikası yaşanır

 

  Çinin şərqindəki Hennan və Şantunq əyalətlərində yeni bir virus panikası var.

  Heyvanlardan insanlara keçdiyi düşünülən Langya (LayV) henipavirusu indiyədək 35 nəfərdə aşkarlanıb.

  Yorğunluq və öskürək əlamətlərinə səbəb olan virusun insandan insana keçə biləcəyinə dair heç bir sübut yoxdur.

  Çin, Sinqapur və Avstraliyadan olan tədqiqatçıların daha çox siçanlarda rast gəlinən virusla bağlı yazdığı məqalə “New England Journal of Medicine”də dərc olunub.

  Sinqapurdakı Duke-NUS Tibb Məktəbindən tədqiqatçı Vanq Linfa deyib ki, aşkar edilmiş hallar ciddi deyil və çaxnaşma olmamalıdır. Buna baxmayaraq, Linfa onu da bildirib ki, ayıq-sayıq olmağa ehtiyac var, çünki təbiətdə tapılan və insanlara yoluxa bilən çox sayda virus gözlənilməz nəticələrə səbəb ola bilir.

  Qeyd edək ki, tədqiqatçılar tərəfindən aparılan araşdırmalarda sınaqdan keçən siçanların 27, itlərin 5, keçilərin 2 faizində Langya virusu aşkarlanıb.



Әlaqәli Xәbәrlәr