"TruGo" enerji doldurma mexanizmlərinin sınaqları keçirilir
Türkiyənin Avtomobil Müəssisələri Qrupu (TOGG) enerji doldurma mexanizmi markası olan "TruGo" istehsal etdiyi cihazlarını sınaqdan keçirməyə başlayıb.
Türkiyənin Avtomobil Müəssisələri Qrupu (TOGG) enerji doldurma mexanizmi markası olan "TruGo" istehsal etdiyi cihazlarını sınaqdan keçirməyə başlayıb.
"TruGo"-nun "Twitter" hesabından edilən paylaşımda "Gemlik Kampusumuzda quraşdırdığımız ilk "TruGo" elektirik enerjisi doldurma cihazlarımızı sınaqdan keçirməyə başladıq" ifadələri yer alıb.
Paylaşımda testlə bağlı video da yer alıb. Videoda cihazın 25 dəqiqə ərzində 80 faiz batareya doldurma sürətini təmin etdiyi görülür.
Qeyd edək ki, keçən ay "TOGG" tərəfindən yayılan açıqlamada elektrikli nəqliyyat vasitəsi istifadəçilərinin enerji doldurma stansiyası tapmaqla bağlı narahatlıqlarını aradan qaldırmağı hədəfləyən "TruGo"-nun yol hərəkətinin sıx olduğu yollarda hər 25 kilometrdən bir, aşağı yerlərdə isə hər 50 kilometrdən bir enerji doldurma məntəqələrində yer alacağı bildirilib.
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub