Nəhəng iki asteroid Yerə yaxınlaşır

Asteroidlərdən biri yerə ən çox bu gün, ikincisi isə şənbə günü ( 30 İyulun) yaxınlaşacaq.

1861047
Nəhəng iki asteroid Yerə yaxınlaşır

Bu gün yerə yaxınlaşacaq “2016 CZ31” adı ilə bilinən ilk asteroidin hərəkət sürəti saatda 55.618 kilometr olaraq proqnozlaşdırılır. Astronomlara görə asteroidin ən geniş hissəsi təxminən 122 metrdir.

Asteroid Yerdən təqribən 2.800.000 kilometr yaxınlıqda və ya Yerlə Ay arasındakı orta məsafədən yeddi dəfə çox məsafədə planetimizdən təhlükəsiz şəkildə keçəcək.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) məlumatına görə, bu kosmik qaya neçə ildən bir Yerə yaxınlaşır və onun növbəti yaxınlaşması 2028-ci ilin yanvarında gözlənilir.

İkinci asteroid isə birincinə müqayisədə Yer kürəsindən daha uzaq məsafədən keçəcək. 2013 CU83 adlandırılan bu asteroidin ən geniş nöqtəsində diametri təxminən 183 metrdir. Bu nəhəng kosmik qaya saatda 21.168 kilometr sürətlə hərəkət edəcək.



Әlaqәli Xәbәrlәr