Türkiyə alimləri II Milli Arktika Elmi Tədqiqat Ekspedisiyasından qayıtdı

Ekspedisiya iştirakçıları Barents dənizində 24 fərqli nümunə götürərək 14 müxtəlif layihə üzrə elmi araşdırma üzərində işləyiblər

1859841
Türkiyə alimləri II Milli Arktika Elmi Tədqiqat Ekspedisiyasından qayıtdı

 

  II Milli Arktika Elmi Tədqiqat Ekspedisiyasına yola düşən Türkiyə elmi nümayəndə heyəti 22 günlük səfərdən sonra vətənə qayıdıb.

  Ekspedisiya iştirakçıları Barents dənizində 24 fərqli nümunə götürərək 14 müxtəlif layihə üzrə elmi araşdırma üzərində işləyiblər.

  Alimlər Türkiyədən 40 dərəcə şimala döndükləri marşrut üzrə Barents dənizindən zooplankton və fitoplankton nümunələri götürüblər, dəniz kirlədənlərin müəyyən edilməsi, dəniz suyunun fiziki parametrlərinin monitorinqi, atmosferin çirklənməsinin meteorololoji müşahidələri, gəmi ticarət yollarının ətraf mühitə təsiri, buzların seyri, dəniz məməlilərinin izlənilməsi kimi 14 fərqli layihə üçün elmi araşdırma aparıblar.

  Ekspedisiyanın rəhbəri, dosent Ersan Başar sözügedən mövzu ilə bağlı bildirib: “9 nəfərlə başladığımız ekspedisiyanı İstanbulda başa vurduq. İyulun 5-də Norveçin Tromso şəhərində gəmiyə qoşulduqdan sonra 81 dərəcə enlikdən yuxarı qalxaraq oradan Svalbarda, Lonqyirə (Longyearbyen) gəldik. Bu ərazilərdə dənizin kirlənməsi, havanın çirklənməsi, məməlilərin vəziyyəti araşdırıldı, mikroplastik tədqiqatlar aparıldı, nümunələr götürüldü. Bu nümunələri universitetlərimizə göndərəcək, alim dostlarımızla birlikdə araşdırmalar aparacaq, məqalələr yazacaq, hesabatlar hazırlayacaq və sonra bütün bunları elm aləmi və ictimaiyyətlə paylaşacağıq.”



Әlaqәli Xәbәrlәr