İngiltərədə nəhəng su zanbağı aşkar edilib

İngiltərədə yarpaqları 3 metrdən çox olan nəhəng su zanbağının yeni növü aşkar edilib.

1851656
İngiltərədə nəhəng su zanbağı aşkar edilib

BBC-nin xəbərinə görə, yeni su zanbağı növü Kew Kral Nəbatat Bağında aşkar edilib. Məlumata görə sözmövzusu bitki təxminən 177 ildir Kew Kral Nəbatat Bağında gözlərdən uzaq qalıb.

Rəsmi olaraq başqa ad altında qeydə alındığı üçün diqqətlərdən  yayınan nəhəng su zanbağı mənşəyi Amazon  nəzərə alınaraq “Viktoriya Boliviya” adlandırılıb.

Alimlər bildirirlər ki, yarpaqları 3 metrə qədər çatan yeni növ zanbağ yalnız gecələr çiçək açır.

Araşdırmanın təfərrüatları Plant Biology jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr