ESA təxminən 2 milyard ulduz haqqında məlumatları paylaşdı

Qeyd edək ki, “Gaia” missiyası ilə əldə edilən ulduzlar qalaktikadakı ulduzların yalnız bir faizini təşkil edir

1842561
ESA  təxminən 2 milyard ulduz haqqında məlumatları paylaşdı

 

  Avropa Kosmik Agentliyi (ESA) Süd yolu (Samanyolu) qalaktikasının dəqiq və tam xəritəsini yaratmaq üçün “Gaia” missiyası çərçivəsində topladığı təxminən 2 milyard ulduz haqqında məlumatları paylaşıb.

  Qeyd edilib ki, məlumatlar astronomlara ulduzların doğulması və ölməsi əsasında Süd yolu qalaktikasının illər ərzində necə dəyişdiyini anlamağa kömək edəcək.

  Bildirilib ki, ESA-nın 2 milyard ulduzun yaşı, kütləsi, temperaturu və kimyəvi formalaşması ilə bağlı dərc etdiyi yeni məlumatlardan hansı ulduzun başqa qalaktikadan Süd yoluna köç etdiyini müəyyən etmək üçün də istifadə oluna bilər.

  “Gaia” məlumatlarında ulduzlar, eləcə də Günəş sistemindəki planetlər, asteroidlər və digər obyektlər haqqında 800.000-dən çox fayl var.

  Qeyd edək ki, “Gaia” missiyası ilə əldə edilən ulduzlar qalaktikadakı ulduzların yalnız bir faizini təşkil edir.



Әlaqәli Xәbәrlәr