Bakıda baş tutacaq “Teknofest-2022” festivalına hazırlıqlar davam edir

Mayın 26-29-da Bakıda baş tutacaq “Teknofest-2022” festivalına hazırlıqlar davam edir.

1832508
Bakıda baş tutacaq “Teknofest-2022” festivalına hazırlıqlar davam edir

Mayın 26-29-da Bakıda baş tutacaq “Teknofest-2022” festivalına hazırlıqlar davam edir.

Festivala hazırlıqlar çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk”, “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr, helikopter və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Bakı səmasında növbəti uçuşları həyata keçirib.

Qeyd edək ki, sınaq uçuşları mayın 23-dən başlayıb.

Bu arada, Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib.

Uçuşlar paytaxt səması ilə yanaşı Xəzər buxtasını da əhatə edib.

Uçuş “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində baş tutub.

S.Bayrakdarı azərbaycanlı və türkiyəli pilotlar müşayiət edib.

“İlk dəfə qırıcı təyyarə ilə uçmaq Can Azərbaycanın səmasında nəsibim oldu. “TEKNOFEST”ə hazırlıq çərçivəsində “Akıncı”nın müşayiəti ilə MiQ-29-da uçduq. Bakı üzərində uçmaq hissi təsvirolunmazdır...”, - o qeyd edib.



Әlaqәli Xәbәrlәr