Marsda səsin sürəti Yerlə müqayisədə necədir?

“Nature” jurnalında dərc edilən araşdırmada alimlər 19 fevral tarixindən, yəni rover Marsa endikdən bir gün sonra qeyd etdikləri səsləri təhlil zamanı bildiriblər

1807720
Marsda səsin sürəti Yerlə müqayisədə necədir?

 

  Marsda səsin sürətinin Yerdəkindən daha yavaş olduğu müəyyən edilib.

  Amerika Aeronavtika və Kosmik Agentliyi - NASA Mars kəşfiyyat gəmisi “Perseverance”dəki mikrofon qeydlərini araşdıran tədqiqatçılar Marsda səs sürətinin Yerdəkindən daha yavaş olduğunu müəyyənləşdiriblər.

  “Nature” jurnalında dərc edilən araşdırmada alimlər 19 fevral tarixindən, yəni rover Marsa endikdən bir gün sonra qeyd etdikləri səsləri təhlil zamanı bildiriblər.

  Araşdırmada Marsda səs sürətinin Yerdən saniyədə 100 metr daha yavaş olduğu, eyni zamanda Marsda iki fərqli səs sürətinin olduğu müəyyən edilib.

  Marsda yüksək və alçaq səslərin sürətlərinin bir-birindən fərqli olduğunu söyləyən tədqiqatçılar planetdəki bənzərsiz səs mühitinin atmosfer səthinin aşağı təzyiqindən qaynaqlandığına diqqət çəkiblər.



Әlaqәli Xәbәrlәr