Həftədə iki dəfə yarım avokado yemək nəyə faydalıdır?

UPİ internet saytının xəbərinə görə...

1805656
Həftədə iki dəfə yarım avokado yemək nəyə faydalıdır?

 

  Həftədə iki dəfə yarım avokado yeyən insanların ürək-damar xəstəlikləri riskinin daha az olduğu müəyyənləşib.

  UPİ internet saytının xəbərinə görə, ABŞ-da tədqiqatçılar 30 ildən artıqdır avokado istehlakı ilə ürək-damar xəstəlikləri arasındakı əlaqəni araşdırıblar.

  Nəticələri “Journal of American Heart Association” jurnalında dərc edilən elmi məqalədə 110 mindən çox insanın məlumatları təhlil edilib.

  Tədqiqatda 9100-dən çox adama ürək xəstəliyi diaqnozu qoyulduğu, 5200-dən çoxunda isə insult olduğu bildirilib.

  Məlum olub ki, müxtəlif vaxtlarda həftədə iki dəfə yarım avokado yeyən insanların ürək və damar xəstəliklərinə tutulma riski heç vaxt yeməyənlərə nisbətən 21, az yeyənlərə görə isə 16 faiz azalır.

  Elmi araşdırmanın müəllifi Lorena Poçeko (Lorena Pacheco) sözügedən mövzu ilə bağlı deyib: "Tədqiqat bitki mənşəli doymamış yağların istehlakının qidalanmanı artıra biləcəyini ortaya qoyur. Həftədə bir avokado yemək ürək dostu pəhrizin bir hissəsidir”.



Әlaqәli Xәbәrlәr