O, Marsda şəhər qurmağı düşünür

NASA 2025-ci ildə astronavtları Aya endirmək üçün təkrar istifadə edilə bilən “Starship” kosmik gəmisini istehsal etməyi planlaşdırır, İlon Mask isə

1777587
O, Marsda şəhər qurmağı düşünür

 

  Amerika kosmik gəmi və raket istehsalçısı “SpaceX”in qurucusu İlon Mask (Elon Musk) uzun müddətdir inkişaf etdirilən “Starship” kosmik gəmisinin 1-2 aya hazır olacağını açıqlayıb. O, iki ildən artıqdır üzərində işlədiyi “Starship” layihəsinin uğur qazanacağına və orbitə çıxacağına əmin olduğunu bildirib.

  Texasdakı kosmodromda 119 futluq raketi yoxlayan iş adamı sözügedən mövzu ilə bağlı deyib: "Bu, həqiqətən qəliz bir vasitədir. Onun həqiqətən real olduğuna inanmaq çətindir."

  Qeyd edək ki, “Starship”in ilk sınağı 2021-ci ilin may ayında edilib. 10 kilometrə çatan nəhəng raket möhkəm və dayanıqlı şəkildə enə bilib.

  NASA 2025-ci ildə astronavtları Aya endirmək üçün təkrar istifadə edilə bilən “Starship” kosmik gəmisini istehsal etməyi planlaşdırır. İlon Mask isə Marsda şəhər qurmaq, orada avadanlıq və insanları aparmaq üçün ulduz gəmilərindən ibarət donanma yerləşdirməyi düşünür.



Әlaqәli Xәbәrlәr