Xərçəngin diaqnostikasının yeni üsulu

İnsan orqanizmində xərçəngin diaqnostikasının yeni üsulu tapılıb.

1757329
Xərçəngin diaqnostikasının yeni üsulu

İnsan orqanizmində xərçəngin diaqnostikasının yeni üsulu tapılıb.

İngiltərənin Oksford Universitetinin alimləri xəstənin qanında metabolitlər adlanan kimyəvi maddələri ölçməklə işləyən qan testi hazırlayıblar.

Testdə qandakı metabolitləri ölçmək üçün maqnit sahələri və radio dalğaları istifadə edilərkən, insan orqanizmində xərçəngin olub-olmaması, əgər varsa yayılıb-yayılmaması asanlıqla öyrənilə bilər.

Tədqiqatçılar izah etdilər ki, test bir sıra müxtəlif xərçəng növlərini aşkar edə və hətta qeyri-spesifik simptomları olan xəstələrdə də xərçəngin varlığını müəyyən edə bilər.

Alimlər bildirirlər ki, test həm sürətli, həm də ucuz olduğu üçün xərçəngin erkən diaqnostikasındakı maneələri aradan qaldıracaq.



Әlaqәli Xәbәrlәr