Peyvənd şirkətləri bu varianta qarşı işləməyə başladılar.
Afrika ölkələrində aşkarlanan B.1.1.529 ştamının 32 mutasiyaya malik olduğu bildirilir.
Alimlər və səhiyyə rəsmiləri ilk dəfə Cənubi Afrikada aşkar edilən "Covid-19" infeksiyasının Nu ştamı (Omicron) dünyaya asanlıqla yayıla biləcəyi barədə xəbərdarlıq edərkən, peyvənd şirkətləri bu varianta qarşı işləməyə başladılar.
İlk dəfə Cənubi Afrikada aşkar edilən bir koronavirus variantı indi İsrail, Almaniya, Belçika və Kanada da daxil olmaqla bir çox başqa ölkələrə yayılıb. Avropa, Asiya və Şimali Amerikada bir sıra səyahət məhdudiyyətləri bərpa edilib.
Digər tərəfdən, Avropa İttifaqına (Aİ) üzv ölkələr "Covid-19 infeksiyasının yeni B.1.1.529. ştamı (Omicron) aşkarlanan Afrikanın 7 ölkəsindən səyahətləri dayandırmaq qərarına gəliblər.
Botsvana, Esvatini, Lesoto, Mozambik, Namibiya, Cənubi Afrika Respublikası və Zimbabvedən Aİ ölkələrinə bütün giriş-çıxışlar müvəqqəti dayandırılıb.
Qeyd edək ki, Afrika ölkələrində aşkarlanan B.1.1.529 ştamının 32 mutasiyaya malik olduğu bildirilir.
Әlaqәli Xәbәrlәr
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb