Dünyanın ilk ekipajsız və elektrikli yük gəmisi
Bundan əvvəl 2018-ci ildə Finlandiyada ekipajsız döyüş gəmisi düzəldilmişdi, yük gəmisi isə...
Norveçdə düzəldilən dünyanın ilk ekipajsız və elektriklə çalışan gəmisi, hər şey yolunda gedərsə, bu il ilk səfərinə çıxacaq və ölkənin iki limanı arasında hərəkət edəcək.
Gəminin naviqasiya sistemi sahildəki üç ayrı-ayrı məlumat idarə mərkəzi tərəfindən müşahidə olunacaq.
Karbon buraxması sıfır olan gəmi havanı heç çirkləndirməyəcək.
Bundan əvvəl 2018-ci ildə Finlandiyada ekipajsız döyüş gəmisi düzəldilmişdi. Yük gəmisi isə ondan fərqli olaraq elektrikli 103 böyük konteynerlə təchiz edilib.
Limana yanaşma, lövbər atma, gəmiyə yükləmə və boşaltma əməliyyatları hələlik insanlar tərəfindən icra olunacaq. Lakin kran və daşıyıcılar avtomatik işləyəcək.
Qeyd edək ki, gəminin 2020-ci il səfərə başlama qərarı koronavirus epidemiyası səbəbindən bu ilə təxirə salınıb.
Әlaqәli Xәbәrlәr
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb