Ukrayna "Bayraktar TB2" SİHA-larını tərifləyib

Ukrayna Dövlət Araşdırma İnstitutu (DNDI) "Bayraktar TB2"-lərin elektron müharibə şərtlərinə qarşı müqavimətini yoxlayan test nəticələrini dünyaya elan etdi.

1685957

DNDI rəsmi açıqlamasında ""Bayraktar TB2" müxtəlif müasir elektron müharibə maneələrinin təsiri altında sınaqdan keçirildi. Buna görə də, elektron müharibədən istifadə edən müasir döyüş şəraitində "TB2"-nin döyüş qabiliyyəti əladır" ifadələrindən istifadə edilib.

"Bayraktar TB2"-nin qlobal miqyasda elektron müharibədə yüksək performansa sahib olduğu vurğulanıb. Türk SİHA-larının (Silahlı pilotsuz uçuş aparatı) hər duruma uyğunlaşdıqları açıqlanıb.

Ukrayna bu yaxınlarda Türkiyədən aldığı pilotsuz uçuş aparatlarını NATO -nun Qara dənizdə başladığı Sea Breeze 2021" təlimində istifadə etmişdi.

"Bayraktar TB"-lərin "Roketsan" istehsalı olan ən son texnologiya 'mini ağıllı sursat' ilə yüklənməsi diqqət çəkmişdir.

Әlaqәli Xәbәrlәr