YTB xarici ölkələrdən gələn tələbələr üçün mərasim təşkil edib

Türkiyədə təhsil alan beynəlxalq tələbələrdən bu il təxminən 3000 tələbə məzun olub.

1672069
YTB xarici ölkələrdən gələn tələbələr üçün mərasim təşkil edib

Türkiyədə təhsil alan beynəlxalq tələbələrdən bu il təxminən 3000 tələbə məzun olub.

"10. Beynəlxalq Tələbə Buraxılış Mərasimi və 2020 Türkiyə Məzunları Mükafatları" Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) ev sahibliyində paytaxt Ankaradakı Vilayətlər evində keçirilib. 

Mərasimə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, YTB-nin rəhbəri Abdullah Eren, bəzi ölkələrin səfirləri və 71 ölkədən 200 tələbə qatılıb.

Mərasimdə bəzi məzun tələbələr də onlayn iştirak edib. 

Mərasimdə çıxış edən YTB-nin rəhbəri Abdullah Eren "Cari il 2300-dən çox tələbəmizi məzun edərkən, 200 tələbəmizi sizinlə bir araya gətiririk. Türkiyənin müxtəlif şəhərlərində yaxşı universitetlərdə fərqli səviyyələrdə təhsil alıb məzun olan dostlar buradadırlar. Dünyanın 150-dən çox ölkəsindən Türkiyə məzunuları var. 70-dən çox ölkədən məzun tələbələr və ailələr də onlayn bağlantı etdilər" deyib. 

Mükafata layiq görülən bəzi tələbələrin video çarxlarından sonra mükafatları təqdim edilib.

Türkiyə Məzunları Mükafatları mərasimindən dərhal sonra 10. Beynəlxalq Tələbə Məzuniyyət Mərasimi təşkil edilib.

Türkiyə Təqaüdü üzrə film nümayişindən və məzun tələbələrin çıxışlarından sonra Kolumbiya və Ekvadordan olan iki aspirant ailəsinə hədiyyələr verilib.

Mədəniyyət və turizm naziri Ersoy Türkiyə məzunu uğurlu tələbələrə hədiyyələrini təqdim edib.

2021-ci ildə dünyanın 178 fərqli ölkəsindən 165 min 500 tələbə lisenziya, məzun və doktorantura təhsili üçün Türkiyə Təqaüdlərinə müraciət etmişdir. 

Hazırda Türkiyədə təhsil alan beynəlxalq tələbələrin təxminən 15 mini Türkiyə Təqaüdü tələbəsidir. Cari il isə 104 ölkədən təxminən 3 min tələbə məzun olmuşdur.



Әlaqәli Xәbәrlәr