Vaksini 12 həftə fasilə ilə tətbiq etmək antitel səviyyəsini artırır

Alman "Pfizer/BioNtech" peyvəndinin 12 həftə fasilə ilə tətbiqinin antellərin səviyyəsini artırdığı açıqlanıb.

1640123
Vaksini 12 həftə fasilə ilə tətbiq etmək antitel səviyyəsini artırır

Alman "Pfizer/BioNtech" peyvəndinin 12 həftə fasilə ilə tətbiqinin antellərin səviyyəsini artırdığı açıqlanıb.

İngiltərədə Birmingham Universiteti tərəfindən aparılan bir araşdırmada alman "Pfizer/BioNtech" peyvəndinin iki dozasını 12 həftə fasilə ilə qəbul edən 80 yaşdan yuxarı şəxslərin, 3 həftə fasilə ilə olanlarla müqayisədə aralığından 3,5 dəfə çox "Covid-19" antiteli formalaşdırdığı aşkar edilib. 

Cümə günü (14 may) yayılan araşdırmada 80 yaşdan yuxarı 175 nəfərə 3 və ya 12 həftəlik fasilələrlə "Covid-19" əleyhinə peyvənd tətbiq olunub. 

Daha uzun müddət gözləyən xəstələrin bədənlərində ikinci peyvənd dozasından sonra daha çox antitel aşkarlanıb.

Tədqiqatçılar 12 həftə fasilə ilə tətbiq olunan peyvəndlənmədə "Covid-19"a qarşı immunitetin daha uzun müddət davam edə biləcəyi ehtimalının olduğunu, lakin bu mövzuda daha çox araşdırma aparılmasının vacibliyini bildiriblər. 

İngiltərə vaksinin məhdud sayda olduğudekabr ayında daha çox insana ilk dozanın çatdırıla bilməsi üçün iki doza arasındakı fasilənin 12 həftəyə qədər artırılmasına icazə vermişdi.



Әlaqәli Xәbәrlәr