Gələcək viruslar üçün erkən xəbərdarlıq sistemi olan yeni qlobal mərkəz yaradılacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Almaniya gələcək viruslar üçün erkən xəbərdarlıq sistemi olan yeni qlobal mərkəzin yaradılacağını açıqlayıb.

1634874
Gələcək viruslar üçün erkən xəbərdarlıq sistemi olan yeni qlobal mərkəz yaradılacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Almaniya gələcək viruslar üçün erkən xəbərdarlıq sistemi olan yeni qlobal mərkəzin yaradılacağını açıqlayıb.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus Təşkilatın İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahında təşkil etdiyi mətbuat konfransında yeni mərkəzin Almaniyanın paytaxtı Berlində yaradılacağını və dünyanın hər yerindən maraqlı tərəflərlə çalışacaqlarını bildirib.

Gebreyesus mərkəzin yaradılması işlərinin ötən ildən davam etdiyinə diqqət çəkərək, “Covid-19"un dərslərindən biri də liderlərin şüurlu ictimai sağlamlıq qərarları verməsinə kömək etmək üçün dünyanın məlumat analizində əhəmiyyətli bir sıçrayışa ehtiyac duymasıdır” açıqlamasını verib.

İclasa videobağlantı vasitəsilə qoşulan Almaniya kansleri Angela Merkel də, “Mövcud Covid-19 pandemiyası bizə (gələcəkdə) pandemiya və epidemiyalara qarşı birgə mübarizə aparmalı olduğumuzu öyrətdi” deyib.

Merkel, Berlində ÜST-ün nəzarətində olan yeni mərkəzin, müxtəlif dövlət, akademik və özəl sektor nümayəndələrinin qatqısı ilə qlobal epidemiyaların qarşısını alan platforma olacağına diqqət çəkib.

Almaniyanın səhiyyə naziri Jens Spahn da mərkəzin pandemiya və epidemiya risklərini əvvəlcədən təxmin etmək, qarşısını almaq, müəyyənləşdirmək, hazırlıq görmək və bunlara cavab vermək üçün qlobal mərkəz olacağını deyib.



Әlaqәli Xәbәrlәr