Rusiya Beynəlxalq Kosmos Stansiyasından ayrılır

Rusiya Baş Nazirliyindən verilən məlumata görə

1623750
Rusiya Beynəlxalq Kosmos Stansiyasından ayrılır

 

  Rusiya baş nazirinin müavini Yuri Borisov ölkəsinin 2025-ci ildə Beynəlxalq Kosmos Stansiyası layihəsindən ayrılacağını söylədi.

  Rusiya Baş Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Kosmos Stansiyasında texniki problemlər yaşanır. Stansiyaya texniki baxış olmalı və yoxlama nəticələrinə əsasən lazımi qərarlar verilməlidir.

  Y.Borisov sözügedən mövzu ilə əlaqədar deyib: "Ortaqlarımıza 2025-ci ildə Beynəlxalq Kosmos Stansiyası layihəsindən çıxacağımızı indidən bildiririk."

  Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 12 Aprel Beynəlxalq Kosmos Günündə etdiyi çıxışında Beynəlxalq Kosmos Stansiyası layihəsini müzakirə etmiş və burada Rusiyanın öz kosmos stansiyasını yaratma planından danışılmışdı.



Әlaqәli Xәbәrlәr