Koronavirus əleyhinə yerli peyvəndin son mərhələsi

Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetində yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanmış peyvənd namizədinin ikinci mərhələ işləri də uğurla başa çatıb.

1623726

Erciyes Universitetinin akademikləri gecə-gündüz "Covid-19"a qarşı hazırladıqları yerli peyvəndi ən qısa müddətdə istehsal etmək üçün cəhd göstərirlər.

Birinci mərhələ fəaliyyətlərdəki müvəffəqiyyətdən sonra ikinci mərhələ işləri uğurla başa çatıb.

Birinci mərhələdə 45 könüllüyə və ikinci mərhələdə 250 könüllüyə tətbiq olunan yerli və milli peyvənddə heç bir yan təsirin müşahidə olunmadığı ifadə edilib.

Üçüncü və son olan üçüncü mərhələnin həyata keçirilməsi üçün də fəaliyyətlər diqqətlə aparılır. Daha əhatəli olan üçüncü mərhələ beynəlxalq miqyasda həyata keçiriləcək və minlərlə könüllü üzərində tətbiq olunacaq.

Bu proses uğurla başa çatarsa Türkiyəyə yerli peyvəndinə qovuşacaq.

Әlaqәli Xәbәrlәr