"Oxford-AstraZeneca" peyvəndinin uşaqlar üzərindəki sınaqları dayandırıldı

Oksford Universiteti əczaçılıq şirkəti "AstraZeneca" ilə inkişaf etdirdikləri yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndinin uşaqlarda sınaqlarını dayandırdı.

1616319
"Oxford-AstraZeneca" peyvəndinin uşaqlar üzərindəki sınaqları dayandırıldı

Oksford Universiteti əczaçılıq şirkəti "AstraZeneca" ilə inkişaf etdirdikləri yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndinin uşaqlarda sınaqlarını dayandırdı.

Universitetin mövzuya dair açıqlamasında bildirilib ki, pediatrik klinika testlərində heç bir təhlükəsizlik problemi olmasa da, yeni sınaqlardan əvvəl böyüklərdə bildirilən nadir hallarda aşkarlanan tromboz/trombositopeniya (qan laxtalanması) hallarının nəzərdən keçirilməsinə dair İngiltərə Əczaçılıq və Səhiyyə Məhsulları Tənzimləmə Təşkilatından (MHRA) əlavə məlumat gözlənilir.

Universitet fevral ayında verdiyi məlumatda 6 ilə 17 yaş arasındakı 300 könüllü ilə sınaq keçirəcəklərini elan etmişdi. 

MHRA İngiltərədə "Oxford-AstraZeneca" peyvəndi olan 18,1 milyon insandan 30-da qan laxtası yarandığını və onlardan 7-nin 24 mart tarixinə qədər öldüyünü bildirmiş, lakin hal-hazırda qan laxtalanması ilə vaksin arasında əlaqənin olduğuna dair heç bir sbut olmadığını açıqlamışdı.

Avropa Dərman Agentliyi (EMA) dünən (6 aprel) "AstraZeneca" peyvəndi ilə qan laxtalanması arasında bir əlaqə olduğunu, ancaq səbəbinin hələ dəqiqləşdirilmədiyini bildirdi.

Bəzi Avropa ölkələri qan laxtalanmasına səbəb olduğu üçün vaksinin istifadəsini dayandırdı və ya yaşa görə məhdudlaşdırdı.



Әlaqәli Xәbәrlәr