Türkiyəli gənc Kanadada kosmos müsabiqəsinin qalibi oldu

" Bizim layihə kosmos işlərində xərclərin azaldılması ilə bağlıdır", K.Çələbi

1608220
Türkiyəli gənc Kanadada kosmos müsabiqəsinin qalibi oldu

 

  Kanadanın Britiş Kolumbiya Universitetində (The University of British Columbia) təhsil alan Kuthan Çələbi ölkədə keçirilən Gənc Kosmos Təşəbbüskarları (Young Space Entrepreneurs) müqabiqəsində qrupuyla birlikdə üçüncü olub.

  “Anadolu Agentliyi”nə müsahibəsində K.Çələbi deyib: “Beynəlxalq Tələbələrin Kosmosun Kəşfi və İnkişaf Etdirilməsi Yolunda (Students for Exploration and Development of Space) təşkilatı tərəfindən təşkil edilən Gənc Kosmos Təşəbbüskarları müsabiqəsində 3 nəfərlik bir qrupla iştirak etdik. Kanada üzrə komandalar arasından üçüncü seçildik və mükafatına layiq görüldük.

  Bizim layihə kosmos işlərində xərclərin azaldılması ilə bağlıdır.

  Alimlər tərəfindən kosmos üçün inkişaf etdirilən bir çox elmi iş, sertifikat və kosmos testləri sırada gözləyir. Bu işlər çox uzun və olduqca baha başa gəlir. Belə ki, Beynəlxalq Kosmos Stansiyasında bir astronavtın araşdırmalar aparmaq üçün satın aldığı bir saatlıq ödəniş 130 min ABŞ dollarıdır.

  İnkişaf etdirdiyimiz bu layihə kosmos əməliyyatlarını astronavtlara ehtiyac olmadan avtomatik etməyi əsas götürür, silsilə robot və avtomatlaşdırma sistemini nəzərdə tutur, həm bahalı, həm uzun bir müddəti ortadan qaldırır, həm də elmi işlərin qısa müddətdə nəticələnməsinə səbəb olur.  

  Kosmos sahəsində əldə etdiyim və edəcəyəm uğurların ölkəmə də fayda verməsini arzulayıram."



Әlaqәli Xәbәrlәr