20 milyon ulduzlu Süd fəza yolunun panoramik fotoşəkli

Finlandiyalı astrofotoqraf JP Metsavainio 12 il boyu çəkdikləri sayəsində Süd fəza yolunun (Samanyolu) panoramik fotoşəklini hazırlayıb

1606041
20 milyon ulduzlu Süd fəza yolunun panoramik fotoşəkli

 

  Finlandiyalı astrofotoqraf JP Metsavainio 12 il boyu çəkdikləri sayəsində Süd fəza yolunun (Samanyolu) panoramik fotoşəklini hazırlayıb.

  20 milyon ulduzu göstərən panoramik fotoşəkil mozaika texnikası ilə 16 martda tamamlanıb.

  JP Metsavainio bu işdə Finlandiyanın Şimal Qütbü Dairəsi yaxınlığındakı rəsədxanada dəyişdirilmiş silsilə kamera obyektivi və teleskopdan istifadə edib.

  Metsavainio rəsədxanada 1250 saatlıq çalışmalardan sonra ortaya çıxan Süd yolu panoramik fotoşəklin 100 min piksel genişliyində olduğunu bildirib.

  12 illik işinin ayrıntılarını fərdi bloqu astroanarchy.blogspot.com saytında paylaşan JP Metsavainio 16 martdan şəkillərə 750 mindən çox adamın baxdığını qeyd edib.



Әlaqәli Xәbәrlәr