Hamiləykən peyvənd olunanların körpələrində yeni növ koronavirusa qarşı antikor aşkarlanıb

İsraildə aparılan araşdırma koronavirus peyvəndinin doğulacaq körpələri qoruduğunu ortaya çıxarıb.

1603033
Hamiləykən peyvənd olunanların körpələrində yeni növ koronavirusa qarşı antikor aşkarlanıb

Hamiləykən peyvənd olunanların körpələrində yeni növ koronavirusa (Covid-19) qarşı antikor aşkarlanıb.

İsraildə aparılan araşdırma koronavirus peyvəndinin doğulacaq körpələri qoruduğunu da ortaya çıxarıb.

Araşdırmada anaları hamiləykən 2 doza koronavirus peyvəndi qəbul edən 40 körpənin göbək bağından qan nümunələri götürülüb.

Tətbiq olunan testlərdə bütün körpələrdə koronavirusa qarşı antikorlar aşkar edilib.

Nəticələr hamilə qadınların aşılanmasının faydasını sübuta yetirib.

İsrailin Səhiyyə Nazirliyi əvvəlcə hamilə qadınlara koronavirus peyvəndi tətbiq olunmasına icazə verməyib, ancaq daha sonra peyvəndlənmə proqramına daxil edilib.



Әlaqәli Xәbәrlәr