Türkiyədə tətbiq olunan peyvənd mutasiyaya qarşı daha üstündür

Türkiyədə tətbiq edilən inaktiv "Sinovac" peyvəndinin mutasiya olunmuş yeni növ koronavirusun (Kovid-19) qarşı daha üstünlüklü olduğu ifadə edildi.

1583615

Səhiyyə Nazirliyi Elmi Komitə üzvü Prof. Dr. Həsən Murat Gündüz verdiyi açıqlamada Çindən gətirilən və Türkiyədə tətbiq olunan inaktiv peyvəndin mutasiya olunmuş virusa qarşı daha üstünlüklü olduğuna diqqət çəkərək, “Bu aşı mutant viruslara qarşı daha effektivdir. Artıq digər Qərb ölkələri də bu inaktiv vaksinə doğru meyilləniblər. Qısası, bu bizim üçün üstünlükdür. Çünki cəmiyyətimizi inaktiv aşı ilə peyvəndləyirik” deyib.

Cəmiyyətdə immunitet yaranacağı təqdirdə peyvəndin bu mutasiya olunmuş viruslara qarşı təsirli olacağı barədə bir proqnozun olduğunu vurğulayan Gündüz "Həm tədbirləri sonacan gözləyərək, həm də aşılanma ilə yaz aylarının sonuna doğru daha yaxşı vəziyyətin yaranacağı güman edilir. Yaz fəslinə daha sağlam girəcəyimizə ümid edirəm. Koronavirusun qarşısını yalnız bu şəkildə kəsə bilərik" deyə vurğulayıb.

Әlaqәli Xәbәrlәr