Prezident Ərdoğanın sürücüsüz idarə olunan sərnişin avtobusla bağlı paylaşımı

Prezident Türkiyə mühəndisləri tərəfindən istehsal olunmuş sürücüsüz idarə olunan sərnişin avtobusla bağlı “Telegram” sosial şəbəkə hesabından yaydığı videoməlumat yayıb.

1575442
Prezident Ərdoğanın sürücüsüz idarə olunan sərnişin avtobusla bağlı paylaşımı

"Bütün dünyada təmiz enerji istehlakının ilkin planda olduğu belə bir dövrdə ümid edirəm ki, qürurumuz olacaq".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə mühəndisləri tərəfindən istehsal olunmuş sürücüsüz idarə olunan sərnişin avtobusla bağlı “Telegram” sosial şəbəkə hesabından yaydığı videoməlumatda deyib.

Avtobusun önündə çəkilən şəklini də paylaşım edən dövlət başçısı bunları qeyd edib:

"Sevimli qardaşlarım dünyanın seriyalı istehsal olunan ilk 4-cü səviyyə sürücüsüz və elektirikli avtobusumuzu, "ATAK Electric"i test etdik. "KARSAN" və "ADASTEC" firmalarımızın birgə istehsalı olan "ATAK Electric" bütün dünyada təmiz enerji istehlakının ilkin planda olduğu belə bir dövrdə ümid edirik ki, qürurumuz olacaq. Ölkəmiz üçün xeyirli olsun".



Әlaqәli Xәbәrlәr