Prezident Ərdoğan: "Mikro peyk buraxma obyektinin tikilməsi üzərində işə başladıq"

Prezident Rəcəb Tayyib Ərdoğan kabinet iclasından sonra açıqlama verib.

1575436
Prezident Ərdoğan: "Mikro peyk buraxma obyektinin tikilməsi üzərində işə başladıq"

"Mikro peyk buraxma obyektinin tikilməsi üzərində işə başladıq".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan kabinet iclasından sonra verdiyi açıqlamada deyib.

Ərdoğan ""TÜRKSAT 5A" peykimizi 8 yanvarda orbitə yola saldıq, uzun məsafələrdəki peyklər əvəzinə ucuz maliyyət səbəbiylə mikro peyklərin əhəmiyyəti artmışdır" deyib.

Bu məqsədlə mikro peyk buraxma təsisi qurma işinin başladığını bildirən dövlət başçısı "Ölkəmizin və dostlarımızın peyklərini uzaq olmayan tarixdə kosmosa göndərəcəyik" deyə qeyd edib.

"Geniş istifadə sahəsinə sahib olan Kosmos və Texnologiyaları baxımından ölkəmizi bir marka halına gətirməkdə qətiyyətliyik" deyə Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr