Türkiyə F-16 qırıcı təyyarələrinin gücünü artırır

Türkiyə özünün havadan müdafiə sənayesində əsas qüvvəsi olan F-16 təyyarələrinin struktur müddətini 12 min saata qədər artırır.

1574478
Türkiyə F-16 qırıcı təyyarələrinin gücünü artırır

Türkiyə özünün havadan müdafiə sənayesində əsas qüvvəsi olan F-16 təyyarələrinin struktur müddətini 12 min saata qədər artırır.

Bunu Prezident Aparatının Müdafiə Sənayesi  İdarəsinin rəhbəri İsmail Dəmir  "Twitter" səhifəsindən etdiyi paylaşımda bildirib.

İsmail Dəmir bildirib ki, hər təyyarədə 1200-1500 ədəd struktur hissənin yenilənməsi və düzəldilməsi üçün mühəndislik işləri aparılır. Lazım olan yerlərdə təmir və dəyişdirmə yolu ilə gövdə möhkəmlətmə tətbiqləri də həyata keçiriləcək. Həmin layihə Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən icra olunur. Layihədə havadan  müdafiə sənayesində Türkiyənin əsas qüvvəsi olan n F-16 təyyarələrinin struktur müddətini 8 min saatdan 12 min saata qədər artırmaq da hədəfə alınıb.



Әlaqәli Xәbәrlәr