General Motors (GM) Benzin mühərrikli avtomobil istehsalını dayandırır
ABŞ-nın avtomobil istehsalçısı General Motors (GM) 2035-ci ilədək benzin və dizel mühərrikli avtomobil istehsalına son qoymağı və yalnız elektrikli avtomobillər istehsal etməyi planlaşdırdığını açıqladı.
Şirkətdən yayılan məlumata görə “GM” 2040-cı ilə qədər qlobal məhsullarında və əməliyyatlarında karbon neytral olmağı planlaşdırır. “GM” tamamilə elektrikli gələcək üçün ortaq bir vizyon inkişaf etdirmək məqsədiylə Ətraf Mühitin Müdafiə Fondu ilə birlikdə çalışır deyilən açıqlamada şirkətin 2035-ci ilə qədər yalnız elektrikli nəqliyyat vasitələri istehsal edəcəyi, sıfır emissiya mühərriklər istehsal etmək və bunun üçün lazımi şarj infrastrukturunun yaradılması kimi məsələlərdə bütün maraqlı tərəflərlə əməkdaşlığa yönələcəyi qeyd edilib.
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub