Yerə doğru yaxınlaşan beş asteroid

Bu həftə ərzində Yerə beş asteroidin yaxınlaşdığı bildirilib.

1546870
Yerə doğru yaxınlaşan beş asteroid

Bu həftə ərzində Yerə beş asteroidin yaxınlaşdığı bildirilib.

NASA mütəxəssisləri beş asteroidin bu həftə ərzində Yerə yaxınlaşacağını, onlardan ikisinin isə planetimizə Aydan da yaxın məsafədə olacağını açıqlayıblar. 

Diametrləri 10 və 24 metr arasında olan asteroidlərdən üçü 16 dekabrda yaxınlaşacaq və ən yaxını Yerin 343 min kilometr məsafəsindən keçəcək.

Diametri 6,8 və 30 metr olan digər iki asteroid dekabrın 18-də Yer kürəsinə yaxınlaşacaq. Bu asteroidlərdən ən kiçiyi Yerdən 57,1 min kilometr, daha böyük olanı isə təxminən yeddi milyon kilometr məsafədən keçəcək.


Etiketlәr: #NASA , #asteroid

Әlaqәli Xәbәrlәr