Alimlәr: ‘‘30 ildə 28 trilyon ton buz əriyib’’

1994-cü ildәn etibarәn 28 trilyon ton buz әriyib.

1477875
Alimlәr: ‘‘30 ildə 28 trilyon ton buz əriyib’’

 

1994-cü ildәn etibarәn 28 trilyon ton buz әriyib.

Bu barәdә  Leeds vә Edinburq  ilә University College universitetlәrinin Londondakı alimlәri mәlumat veriblәr. Mәlumatda qeyd olunub ki, son 30 ildә Yer kürәsindә tәxminәn 28 trilyon buz әriyib.

Alimlər əriyən buzlaqların miqdarının artmasının günəş işığının əks olunmasını əhəmiyyətli dərəcədə azaldacağını və nəticədə dənizin və torpağın istiləşəcəyini, bu sәbәbdәn dә  qlobal istiləşmənin daha da sürətlənə biləcəyini vurğulayıb.

Leeds Universitetinin Buzlaqlara Nәzarәt Mərkəzinin direktoru  professor Andy Shepherd  dəniz suyunun səviyyəsinin hər santimetr yüksəlməsinin təxminən bir milyon insanı evsiz buraxa biləcəyi ilә әlaqәdar xәbәrdarlıq edib.

Qeyd edәk ki, mütəxəssislərin mәlumatı  İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli (IPCC) tәrәfindәn açıqlanan ən pis ssenari proqnozları ilә üst-üstә düşür.

 

 



Әlaqәli Xәbәrlәr