İnfeksiya heyvandan insana ötürüldü?
ÜST yeni növ koronavirusun (Covid-19) heyvandan insana yoluxmasının ilk dəfə Hollandiyada müşahidə edilmiş ola biləcəyini açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun (Covid-19) heyvandan insana yoluxmasının ilk dəfə Hollandiyada müşahidə edilmiş ola biləcəyini açıqlayıb.
ÜST Hollandiyada xəzi üçün su samuru yetişdirilən bir fermada iki işçiyə heyvanlardan koronavirus yoluxduğu iddiaları ilə əlaqədar araşdırma apardıqlarını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi açıqlamada hadisə təsdiqlənəcəyi təqdirdə "heyvandan insana ilk yoluxma"nın olacağı vurğulanıb.
Epidemiyanın başlanğıcından etibarən virusun insanlara hava və temas yolu ilə yoluxduğu, heyvanlardan keçməyəcəyi ifadə edilirdi.
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub