NASA ilk dəfə astronavtları ilə birlikdə Amerika ərazisindən Yer orbitinə çıxır

NASA-dan verilən yazılı məlumatda bildirilir...

1400646
NASA ilk dəfə astronavtları ilə birlikdə Amerika ərazisindən Yer orbitinə çıxır

 

  NASA - Amerika Aeronavtika və Kosmik İdarəsi 2011-ci ildən bu yana ilk dəfə astronavtları ilə birlikdə Amerika ərazisindən Yer orbitinə kosmosa çıxacağını açıqladı.

  NASA-dan verilən yazılı məlumatda bildirilir: "SpaceX” astronavtlar Daq Harli (Dug Hurley) və Bob Benkeni Beynəlxalq Kosmik Stansiyaya (İSS) çatdırmaq üçün mayın 27-də Florida ştatının Kennedi Kosmik Mərkəzindən fəzaya uçacaq.

  NASA 2011-ci ildə kosmik servis proqramını dayandırdıqdan sonra ilk dəfə astronavtlı raketi Amerika ərazisindən Yer orbitinə göndərəcək.

  18 il əvvəl NASA ilə ortaq kosmik araşdırmalar aparmaq üçün qurulan “SpaceX” yarandığı gündən ilk dəfə ekipajla uçuş missiyası yerinə yetirəcək.

  Uçuş may ayında gerçəkləşəcəyi üçün korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar izləyicilərini canlı olaraq qəbul edə bilməyəcək.”

  Qeyd edək ki, Amerika və Rusiya İSS əməliyyatını həyata keçirən iki tərəfdaş ölkə olmalarına baxmayaraq, 2011-ci ildən bəri Rusiya Beynəlxalq Kosmik Stansiyaya ekipajlar göndərməyə qadir yeganə ölkədir. ABŞ astronavtlarını “Soyuz” Rusiya kosmik gəmisi ilə İSS-ə göndərmək üçün hər oturacaq sayına görə 10 milyonlarla dollar pul ödəyir.



Әlaqәli Xәbәrlәr