"Covid-19"a qarşı yerli peyvənd hazırlanması üçün ilk mərhələ tamamlanıb

Yeni növ koronavirusa (Covid-19) qarşı başladılan yerli DNT peyvəndində ilk addım olan laboratoriya şərtlərində hazırlanan antigenlərin testinə başlanılıb.

1397908
"Covid-19"a qarşı yerli peyvənd hazırlanması üçün ilk mərhələ tamamlanıb

İzmir Ege Universiteti Peyvənd Araşdırma və İnkişaf Qrupu yeni növ koronavirusa (Covid-19) qarşı başladılan yerli DNT peyvəndində ilk addım olan laboratoriya şərtlərində hazırlanan antigenlərin testinə başlayıb.
Növbəli olaraq 24 saat işləyən türkiyəli alimlər "Covid-19"a qarşı yerli DNT peyvənd hazırlamaq üçün hazırladıqları antigenlərin laboratoriya şəraitində testini keçirməyə başlayıblar və ikinci mərhələyə addım atıblar.
İkinci mərhələdə bu gen parçaları ilə yaradılacaq DNT vaksinlərinin effektivliyi müəyyənləşdirilib 4 ay ərzində heyvan modelinə tətbiq edilməsi planlaşdırılır.
Güclü bir qoruyucu immun reaksiyasının meydana  gəlməsini stimullaşdırdığı aşkarlandığı zaman DNT peyvəndi ilə mümkün qədər tez bir zamanda insanlarda klinik araşdırma aparılacaq.



Әlaqәli Xәbәrlәr