“NASA”-nın Marsa göndərəcəyi kosmik gəminin adı açıqlandı

Amerika Milli Aviasiya və Kosmik Agentliyi (NASA) Qırmızı Planet Marsa göndərəcəyi kosmik gəminin adının "Perseverance" (Dözümlülük) olduğunu açıqladı.

1373527
“NASA”-nın Marsa göndərəcəyi kosmik gəminin adı açıqlandı

NASA-nın internet saytında əks edən məlumata görə Mars 2020 Kosmik araşdırma gəmisinin adının müəyyənləşdirilməsi  üçün müsabiqəsi təşkil edilib. Öləkinin müxtəlif əyalətlərindən yarışmaya xeyli  sayda iştirak edənlər olsa  da Virciniya ştatından olan 11 yaşlı Alexander Matherin təklif etdiyi "Perseverance" birinci seçildi.

Açıqlamada həmçinin bildirilib ki yarışmanın qalibi olan Mather, iyulda Florida ştatındakı Cape Canaveral Kosmik Bazasında kosmik aparatının buraxılışını izləməyə dəvət ediləcək.

Qeyd edək ki, 17 İyul 2020 tarixində buraxılacaq olan aparatın 18 Mart 2021-ci ildə Marsdakı Jezero kraterinə enəcəyi proqnozlaşdırılır.

NASA-nın Mars 2020 missiyasının planeti astrobioloji baxımdan araşdırmaq və geoloji proseslərini tədqiq olduğu bildirilib.

 



Әlaqәli Xәbәrlәr