Qrenlandiyada buz təbəqəsi əriməyə davam edir

Qrenlandiyada buz təbəqəsinin əriməsi dünya miqyasında dənizlərin səviyyəsinin1 millimetrdən artıq yüksəlməsinə səbəb oldu.

1264405
Qrenlandiyada buz təbəqəsi əriməyə davam edir

Qrenlandiyadakı nəhəng buz təbəqəsi bu il ən yüksək nazikləşmə səviyyəsinə gəldi.
 
 Ərimə dünya miqyasında dənizlərin səviyyəsinin 1 millimetrdən artıq yüksəlməsinə səbəb oldu.
 
 Tədqiqatçılar ərimənin sürətinə görə narahatdırlar.
 
 Qeyd edək ki, Qrenlandiya İngiltərədən 7 dəfə böyük olan buzla örtülü bir bölgədir.
 
 Ötən 30 il ərzində Qrenlandiyadakı ərimə nəzərəçarpacaq dərəcədə artıb.
 
 Hətta  15 ildə buzlaq səviyyəsində 100 metrlik bir azalma müşahidə olunub.
 
 Bəzi tədqiqatlara görə dənizlərdə 2 millimetrə qədər yüksəlmə var.
 
 Buzlaqlar ətrafdakı çirklilik üzündən ağ rəngini də itirib.
 
 Bu da buzlaqlara əks olunan günəş şüalarının daha çox udulmasına və ərimənin sürətlənməsinə yol açır.
 
 2015-ci il Paris İqlim Razılaşması əsasında atmosferə zərərli qazların buraxılmasını azaldan tədbirlər görüldü.
 
Lakin buzlaqlarda kiçilmə sürəti böyümə sürətini keçdiyi üçün onların zaman ərzində yoxolma təhlükəsi yaranır.



Әlaqәli Xәbәrlәr