Türkiyənin Kosmos Agentliyi fəaliyyətə başlayıb

Türkiyənin Kosmos Agentliyi (TKA) Sənaye və Texnologiya naziri Mustafa Varankın sədrliyi ilə ilk iclasını keçirib.

1263183
Türkiyənin Kosmos Agentliyi fəaliyyətə başlayıb

 

Türkiyənin Kosmos Agentliyi (TKA) Sənaye və Texnologiya naziri Mustafa Varankın sədrliyi ilə ilk iclasını keçirib.

Mәlumata әsasәn, iclas paytaxt Ankarada baş tutub. 

İclasda Türkiyənin Kosmos Agentliyinin təsis edilməsi və fəaliyyət proqramından danışılıb. İclasda çıxış edәn nazir Mustafa Varank qarşıda duran vəzifələrdən bəhs edib. Sənaye və Texnologiya nazir Mustafa Varank Türkiyәnin kosmos sahәsindә әhәmiyyәtli işlәr gördüyünü ifadә edib.

Mustafa Varank Kosmos Agentliyinin  "Milli Texnologiya, Güclü Sənaye" perspektivləri çərçivəsində Türkiyənin kosmos sahəsində milli mənfəətlərini qoruyacaq fәaliyyәtlәr aparacağını bildirib.

‘‘Kosmos Agentliyimizin Türkiyәnin kosmosdakı gәlәcәyinә istiqamәt verәcәk nailiyyәtlәrә imza atacağına inanıram’’,-deyә Türkiyәnin Sәnaye vә Texnologiya naziri qeyd edib.



Әlaqәli Xәbәrlәr