NASA 200 mindәn çox  qalaktikanın fotoşəkillərini yayıb

Mәlumata әsasәn,  bu fotoşəkillər Hubble kosmik teleskopunun 16 il müddətində apardığı müşahidələrin nəticəsində çəkilib.

1200093
NASA 200 mindәn çox  qalaktikanın fotoşəkillərini yayıb

 

 

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 200 mindәn çox qalaktikanın fotoşəkillərini yayıb. 

Mәlumata әsasәn,  bu fotoşəkillər Hubble kosmik teleskopunun 16 il müddətində apardığı müşahidələrin nəticəsində çəkilib.

NASA-nın yaydığı fotoşəkillərdə kiçik və nəhəng qalaktikalar, habelə planetlərin müxtəlif dövrlərdə hərəkəti əks olunub. Hubble teleskopunun çəkdiyi 7 mindәn çox kadrdan ibarətdir.

Kompozisiyalı şəkillərdə işıqları teleskopun obyektinə daxil olanadək müddətdə milyardlarla işıq ili yol qət etmiş 265 min qalaktikanın olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr