Cırtdan planetin səthi üzvi maddələrlə zəngin ola bilər

Tədqiqatçılar cırtdan planet Ceresin səthinin üzvi maddələrlə zəngin ola biləcəyi barədə fikir yürüdürlər.

1105413
Cırtdan planetin səthi üzvi maddələrlə zəngin ola bilər

 

 Amerika Birləşmiş Ştatlarındakı Cənub-Qərb Elmi Tədqiqat İnstitutunun  bir qrup tədqiqatçısının apardığı araştırmada Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) kəşfiyyat peyki  "Dawn"un əldə etdiyi məlumatlar əsasında Ceresin səthində Yer kürəsində olan karbonla zəngin sadə meteoritlərdəkindən daha çox karbon ola biləcəyi barədə fərziyyə irəli sürüldü.
 
 Tədqiqat grupunun rəhbəri Simona Marchi: "Ceres bir kimya zavoduna bənzəyir. Günəş sisteminə daxil olan planetlər arasında bənzərsiz bir mineralogiyası vardır. Apardığımız təhlillər karbonla zəngin elementlərin gil kimi daş-su qarşılıqlı təsirinin elementləri ilə birləşdiyini göstərir" dedi.
 
 Marchi tapıntılar əsasında Ceresin Günəş sistemi daxilində üzvi maddələrin paylanmasının və mənşəyinin öyrənilməsi məsələsində çox mühüm rol oynadığını bildirdi.
 
Tədqiqat işinin təfərrüatları "Nature Astronomy" jurnalında dərc olunub.
 
 "Dawn" peyki Mars və Yupiter arasında Astreoid qurşağında yerləşən 4,6 milyard il əvvəl yarandığı ehtimal edilən cırtdan planet Ceresdə su olduğunu aşkar etmişdi.



Әlaqәli Xәbәrlәr