Türkiyənin Adıyaman şəhərində yeni bitki növü

Türkiyənin Adıyaman şəhərində “Peyğəmbər çiçəyi” adıyla tanınmış “Cyanus” familyasına məxsus yeni bir bitki növü aşkarlandı.

1098142
Türkiyənin Adıyaman şəhərində yeni bitki növü

Türkiyənin Adıyaman şəhərində “Peyğəmbər çiçəyi” adıyla tanınmış “Cyanus” familyasına məxsus yeni bir bitki növü aşkarlandı.

Bartın universiteti meşə fakültəsində  vəzifəli professor doktor Halil Barış Özel, dosent doktor Zəfər Kaya bakalavr tələbəsi Ramazan Ateş və iranlı alim Kazem Negaresh bir ilə yaxındır davam etdirdikləri fəaliyyətlər nəticəsində Adıyamanın Çelikhan qəsəbəsində yeni bitki növü aşkar etdilər.

“Peyğəmbər çiçəyi” familyasından olduğu müəyyən edilən bitki növü Çelikhan qəsəbəsində aşkar edildiyinə görə “Cyanus celikhanensis” adını götürdü.

Dünya ədəbiyatına təqdim edilən “Cyanus celikhanensis”in xüsusiyyətləri və quruluşunun şərh olunduğu beş səhifədən ibarət elmi məqalə Almaniyada “"Fresenius Environmental Bulletin" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr