Türkiyə tədqiqatçılara başlanğıc olaraq 1 milyon verəcək

“Beyin köçünü tərsinə sürətləndirmə proqramı” çərçivəsində Türkiyəyə gələn tədqiqatçılara başlanğıc olaraq 1 milyon, ayda isə 24 min Türkiyə lirəsi (TL) təqaüd veriləcək.

1087847
Türkiyə tədqiqatçılara başlanğıc olaraq 1 milyon verəcək

  “Beyin köçünü tərsinə sürətləndirmə proqramı” çərçivəsində Türkiyəyə gələn tədqiqatçılara başlanğıc olaraq 1 milyon, ayda isə 24 min Türkiyə lirəsi (TL) təqaüd veriləcək.

  Türkiyədən beyin köçünü tərsinə çevirmək məqsədilə Türkiyə Elm və Texniki Araşdırma Qurumu – TÜBİTAK-ın bazasında davam etdirilən Yurda Qayıdış Tədqiqat Təqaüd Proqramı Beynəlxalq Lider Tədqiqatçılar Proqramına çevrildi.

  Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank proqramla bağlı təfərrüatları bölüşərək deyib:

  “Proqram xaricdəki Türkiyə vətəndaşları ilə yanaşı, əcnəbi tədqiqatçıları da əhatə edir və 8 fərqli sahədə təşviqlər təqdim olunur. Gənc tədqiqatçılara başlanğıc paketi olaraq 500 min, təcrübəlilərə isə 1 milyon Türkiyə lirəsi (TL) veriləcək.

  Aylıq yaşayış xərclərinə aid təqaüd gənc tədqiqatçılar üçün 20, təcrübəlilər üçün 24 min TL olacaq. Təqaüdlər tədqiqatçının birbaşa özünə veriləcək.

  Dəstəklər tədqiqatçının həyat yoldaşı və uşaqlarını da əhatə edir. Ailə yaşayış xərci təqaüdü olaraq 2250 TL ayrılır. Həyat yoldaşı və uşaqların sığorta və yol xərcləri də təmin edilir.

  Bundan başqa, Türkiyəyə gələn tədqiqatçıların öz komandalarını qurmaları üçün hər cür şərait yaradılacaq və qrupa daxil olan aspirantlara ayda 4500 TL təqaüd veriləcək.



Әlaqәli Xәbәrlәr