Türk alimi tələbələrə NASA-dan xitab etdi

Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmos Agentliyində (NASA) işləyən Türk elm adamı doktor Umut Yıldız Sakarya Universiteti tərəfindən təşkil olunan konfransa video- konfransla qoşuldu.

1071189
Türk alimi tələbələrə NASA-dan xitab etdi

Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmos Agentliyində (NASA) işləyən Türk elm adamı doktor Umut Yıldız Sakarya Universiteti tərəfindən təşkil olunan konfransa video-konfransla qoşuldu.

 NASA-ya məxsus "Jet Propulsion Laboratory" (JPL) adlı şöbədə kosmos rabitəsi və astrofizika sahələrində tədqiqatçı kimi fəaliyyət göstərən Yıldız "Karyera və Gələcək" mövzulu konfransda çıxış etdi.

Türk alim çıxışında tələbələrə kainat, planetlərin quruluşu, kosmosda başqa ağıllı canlıların varlığı ehtimalı, günəş sisteminin və bəşəriyyətin formalaşması kimi məsələlərdən bəhs etdi.
 
 NASA-dakı fəaliyyətindən danışan Yıldız  kosmos işləri və Marsdakı kəşf edilən son hadisələr haqqında da tələbələrə məlumat verdi.
 
Umut Yıldız çıxışında Marsa planlaşdırılan insanlı səyahət və Marsda məskunlaşma planlarını da bölüşdü.


 Virtual da olsa, Sakaryadakı tələbələrlə görüşməyə görə şad olduğunu dilə gətirən Yıldız tələbələrlə canlı olaraq görüşmək istədiyini söylədi.
 
 

 

 



Әlaqәli Xәbәrlәr